[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed37.jpg” ]
27-28 mart 2014-cü il tarixində Xaçmaz şəhərində “Fiziki qüsurlu gənclər üçün karyera imkanları” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Xaçmaz şəhərində olan fiziki qüsurlu gənclər üçün “Karyera Həftəsi” təşkil olunub. Belə ki, həmin gəncləri bir araya gətirərək onlara 2 gün müddətində “Qüsursuz CV hazırlamaq qaydaları”, “Müşaiət məktubu nədir və onu necə hazırlamaq lazımdır?”, “İnternetdə iş axtarmağın yolları və bunun üçün Azərbaycanda olan resurslar”, “İş intervyularına necə hazırlaşmaq lazımdır?” kimi mövzularda təlimlər keçirilib.
Təlimlər və konsultasiyalar bu sahədə təcrübəsi olan mütəxəssislər tərfindən aparılıb. Layihənin sonunda Xaçmaz şəhərində yaşayan fiziki qüsurlu gənclər özləri üçün qüsursuz CV və Müşaiət məktubu hazırlamış, bundan başqa, internetdə iş axtarmağın yollarını öyrənmişlər.
Layihənin keçirilməsində əsas məqsəd Xaçmaz şəhərində yaşayan xüsusi qayğıya ehtiyacı olan fiziki qüsurlu gənclər üçün uğurlu karyera qurmaq bacarıqlarını aşılamaqla onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Qeyd edək ki, bü cür layihə Xaçmaz şəhərində ilk dəfə olaraq həyata keçirilirdi və təlimçi mövzu üzrə ekspert Röyal Ağamirzadə idi.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14092″ id=”14092″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]