[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-618.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi qrant müsabiqəsində qalib olmuş fərdi gənc Gülnar Vəliyeva “Biz erkən nikahı deyil, təhsili seçirik!” layihəsini həyata keçirib. Layihənin keçirilməsində əsas məqsəd erkən nikahlar problemi haqqında əhalinin məlumatlılığını artırmaq, erkən nikahlar problemini gənc qızların hüquqlarının pozulması və qadınlara qarşı zorakılığın bir forması kimi ictimai rəyə çevirmək olmuşdur.
Bakı və ətraf qəsəbələrdə həyata keçirilmiş layihə çərçivəsində silsilə görüşlər təşkil edilmiş və erkən nikahlara həsr olunmuş maarifləndirici nəşrlər paylanılmışdır. Keçirilmiş görüşlərdə iştirakçılara erkən nikahların törətdiyi ağır fəsadlar, gənc qızların ailə planlaşdırılması, qızların liderliyi və təhsilə maraqlarının artırılması məsələlərinə diqqət yönəldilmişdir.