[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-520.jpg” ]
“Könüllü liderlərin səfərbəylik layihəsi” çərçivəsində 4 aprel 2014-cü il tarixindən etibarən 3 günlük “TOP’S metodologiyası və gənc liderlərin hazırlanması üzrə təlim”lər start götürüb.
3 aprel 2014-cü il tarixində Ağcabədi şəhər 11 saylı məktəbin akt zalında layihənin təqdimatı olmuşdur. Tədbirdə şəhər 11 saylı məktəbin şagirdləri və Ağcabədi Müəllimlər İnstitutunda təhsil alan bir sıra gənc tələbələr və müəllim heyəti ıştirak etmişdir.
Lahiyənin rəhbəri Röyalə Məmmədova layihənin əsas məqsədlərindən, keçiriləcək təlim və tədbirlərdən danışmış və bu barədə məlumatlandırıcı broşurları tədbir iştirakçılarına paylamışdır. Röyalə Məmmədova xüsusilə qeyd etmişdir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar asudə vaxtlarında təkcə öz aralarında deyil, həm də 11 saylı məktəbdən olan uşaqlarla oynamaq və inkişaf etmək imkanı qazanacaqlar. Dünya təcrübəsi sübut edir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı cəmiyyətə inteqrasiya prosesində daha effektiv və sürətli olur. Belə bir proses həm də onların uşaq və əlillik hüquqlarından tam istifadələrinə şərait yaratmış olur. Odur ki, layihə çərçivəsində tətbiq ediləcək “Qırmızı Top Uşaq Oyunu” metodu da məhz belə bir prosesin daha əyləncəli, təhlükəsiz və inklusiv qaydada baş verməsini təmin edir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14027″ id=”14027″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]