[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed33.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə 5-20 aprel 2014-cü il tarixlərində Bakı şəhərində “Virtual Məmləkətim” layihəsi keçirilir.
Layihə rəhbəri Səma İsalının qeyd etdiyinə görə “Virtual Məmləkətim” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də, ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıtdırılması üçün İKT-dən düzgün istifadə etməklə onları bu işə cəlb etməkdən ibarətdir.
Layihə çərçivəsində cəlb olunnmuş 15 nəfər iştirakçıya ilkin olaraq bloq təlimləri keçirilir. Sonrakı mərhələdə hər bir iştirakçı Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə fəaliyyət göstərəcək bloq yaradaraq topladıqları məlumatları elektron formada öz bloqlarında yerləşdirəcəklər. Sonda iştirakçılar arasında müsabiqə keçiriləcək və ən yaxşı üç bloq sahibi diplom və mükafatla təltif olunacaq.