[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed1.png” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Start-up Sərgisi” layihəsinin hazırlıq mərhələsi start götürmüşdür. Azərbaycanda ilk dəfə keçirilən sərginin əsas məqsədi son illərdə yaradılmış gənc “start-up”ların hərtərəfli təbliğatının aparılmasıdır. Sərgidə iştirak edəcək gənc “start-up”lara həm kooperativ əlaqələr yaratması, həm yeni müştərilər cəlb etməsi, həm də digər “start-up”larla təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaq.
Cari ilin iyun ayında keçirilməsi nəzərdə tutulan sərgidə yerli “start-up”larla yanaşı, xarici “start-up”ların da iştirakı üçün çalışmalar davam etməkdədir.