[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-233.jpg” ]
18 saylı orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Əsrin Təhlükəsi” adlı QİÇS-ə qarşı mübarizə üçün layihə həyata keçirilib.
“Əsrin Təhlükəsi” layihəsinin keçirilməsində məqsəd məktəbliləri QİÇS xəstəliyinindən müdafiə barəsində məlumatlandırmaq idi.
Layihə 3 gün ərzində 50 nəfər şagird və tələbənin iştirakı ilə reallaşdırılıb. Keçirilən təlimlərdə iştirakçılar xəstəlik və onun fəsadları, ondan qorunmaq yolları, hal-hazırda bu xəstəliklə aparılan mübarizə və onun nəticələri barəsində məlumat verilib.
Qeyd edək ki, təlimlər ərzində yalnız xəstəlikdən müdafiə deyil, həmçinin xəstəliyin hüceyrəvi quruluşu və hüceyrə səviyyəsində törətdiyi fəsadlar barəsində iştirakçılara məlumat verilib.
Sonda iştirakçılar sertifikatlarla mükafatlandırılıblar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13969″ id=”13969″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]