[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-145.jpg” ]
Ünal Mehdiyevin fərdi gənc kimi təqdim etdiyi layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 4-cü qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qaliblər sırasında yer alıb.
Layihənin məqsədi qeyri-ənənəvi təhsil metodu ilə gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq, gəncləri sağlam həyat tərzi barədə maarifləndirməkdir.
Layihənin vəzifələri gənclərə layihənin əsas ideyasını debatlar vasitəsilə çatdırmaq, maarifləndirici aksiyalar keçirmək, gənclər arasında zərərli vərdişlərin fəsadları mövzusunda zəruri təbliğat və maarifləndirmə işini aparmaqdır.
Layihədən faydalananlar 14-29 yaş arası region gəncləri olub.
Layihə Mingəçevir şəhərində həyata keçirilmişdir. Mingəçevir şəhərində icrasına artıq yekun vurulan və 1 ay davam edən layihədən region üzrə 200 nəfər iştirakçı birbaşa və 500 nəfər iştirakçı dolayı yolla zərərli vərdişlərin fəsadları haqqında maarifləndiriliblər.
Layihənin davamlılığı üçün sonda layihənin metodikası yerli Gənclər və İdman idarələrinə, o cümlədən, yerli QHT-lərə ekspert tərəfindən həvalə edilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13922″ id=”13922″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]