[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-517.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 17 mart 2014-cü il tarixində Masallı rayonunda “Erkən nikahlara qarşı maarifləndirmə” layihəsi həyata keçirilmişdir. Layihənin rəhbəri, UNİCEF-in “Sağlam həyat tərzi” mövzusunda təlimçisi Əligül Ağayev tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin regionlarda yaşayan gəncləri mövzu üzrə maarifləndirməklə erkən nikahların sayının azaldılmasına nail olmaq olduğunu bildirmişdir.
Layihədə Masallı rayonundan olan 50 nəfər gəncə erkən nikah və onun fəsadları, Azərbaycan Respublikasının nikah qanunvericiliyi barədə məlumatlar verilmişdir. Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilmiş, mövzuya uyğun hazırlanmış maarifləndirmə materialları iştirakçılara paylanılmışdır.
Layihədə aparılan müzakirələr zamanı cəmiyyətdə mövcud olan müxtəlif problemlərin erkən nikahların sayının artmasına səbəb olduğu, bu sıradan savadsızlıq, məlumatsızlıq, bəsit düşüncə tərzi və maddi problemləri müzakirə olunmuş, erkən nikahların nəticəsində qanunsuz ailələr, boşanmalar, fiziki və mənəvi cəhətdən zəif olan uşaqlar formalaşmaqda olan nəsil və ən əsası ana və uşaq ölümləri kimi ortaya çıxan fəsadlar müəyyən olunmuşdur.
Layihədə iştirak edən Masallı rayonu Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov dövlətin erkən nikahlara qarşı mübarizədə apardığı siyasətin, maarifləndirmə tədbirlərinin və bu tipli layihələrin əhəmiyyətini diqqətə çatdırmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13909″ id=”13909″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]