[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-139.jpg” ]
3 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində “Həyatda uğur qazanmaq üçün “üç addım”” adlı layihə həyata keçirilib. Layihənin açılış mərasimində layihə rəhbəri Rəhimov Rahim və layihənin işci qrupunun üzvü Araz Əhmədov çıxış edərək layihə haqqında məlumat veriblər.
Layihənin keçirilməsində əsas məqsəd fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiyası və sosiallaşmasını təmin etməkdən ibarətdir.
Günün birinci yarısı iştirakçılara təlimçi Abdulla Teyyubov tərəfindən psixoloji, maarifləndirici və karyera qurmaq haqqında məlumatlar verilib.
Günün ikinci yarısı təlimdə iştirak etmiş gənclərlə intellektual oyunlar keçirilib.
Layihədə 20 nəfər əlil gənc iştirak edib. Layihənin davamı olaraq iştirakçıların dünya görüşünün artırılması məqsədilə maddi-mədəniyyət abidələrinə (tarixi abidələr, diyarşünaslıq və s .) səfərlərin təşkil olunması nəzərdə tutulur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13878″ id=”13878″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]