[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-710.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Make your own project!-Öz layihəni yarat!” layihəsinin icrası davam etməkdədir. 1 ay müddətində davam edən layihənin həyata keçiriləməsində əsas məqsəd regionlardan olan 15 nəfər gəncə layihələrin yazılması, idarə olunmasını, layihə hazırlamaq üçün vacib faktorları öyrətmək, gənclərə gələcəkdə öz fərdi layihələrini yazmaqda yardımçı olmaqdır.
İlk 2 həftə ərzində layihənin hazırlıq mərhələsi yekunlaşıb. Hazırlıq dövründə icra planında qeyd edildiyinə müvafiq olaraq layihə sosial şəbəkələr, xəbər portalları vasitəsilə ictimaiyyətə təqdim edilib. Bundan başqa, layihənin istənilən icra günü müddətində PR işləri davamlı olaraq həyata keçirilib. Layihə iştirakçılarının seçilməsi prosesi başa çatmışdır. I mərhələdə namizədlər (60 nəfərdən çox) onlayn ərizə formaları ilə müraciət etmiş, seçimin II mərhələsində isə müsahibə vasitəsilə iştirakçılar müəyyən olunmuşlar.
Son 2 həftə müddətində isə layihənin 3-cü həftəsi dövründə təlimlər həyata keçirilib (4-7 mart, 2014-cü il). Təlimlər “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində öz işinə start verib. Təlimlərin açılış mərasimi və ilk təlim bir çox media nümayəndələrinin, layihə iştirakçıları və “Gələcəyə Körpü” GİB-nin könüllü gənclərinin iştirakı ilə reallaşıb.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13855″ id=”13855″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]