[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-321.jpg” ]
18 mart 2014-ci il tarixində Şəmkir şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Tariximizlə qürur duyaq” layihəsi çərçivəsində təlim keçirilmişdir. Həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın Qərb Regionunda-Gəncə və Şəmkirdə Milli Mədəni İrsin öyrənilməsi, mühafizəsi və təbliğində gənclərin iştirakçılığına nail olmaqdır.
Təlimdə 14-28 yaşlarında gənclər iştirak etmişlər. Təlimi layihə rəhbəri Türkan Əlizadə və tarixçi-ekspert Günel Rzayeva aparmışdır. Əsasən Şəmkir və Gəncə ərazisində olan tarixi abidələr haqqında geniş məlumat verilmiş, təqdimatlar edilmişdir. Gənclərin böyük marağına səbəb olan təlimdə maraqlı təkliflər də səslənmişdir. Təlimdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin, Şəmkir rayon Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri də iştirak etmişlər.
Təlimdən sonra iştirakçılar üçün Şəmkirin tarixi yerlərinə ekskursiyalar təşkil edilmişdir. Layihə çərçivəsində tədbirlər davam edir.