[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-515.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə “Sağlam gənclik-sağlam gələcəkdir” adlı layihə həyata keçirilir.
Əsas məqsəd yeniyetmə və gənclərin sağlam həyat tərzinə alışdırılması, milli-mənəvi və vətənpərvərlik ruhunun artırılmasından ibarətdir. Layihədən əsasən yeniyetmə və gənclər faydalanır, onlarla görüşlər keçirilir, maarifləndirici təlimlər təşkil edilir. Təlimlər zamanı yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzi təbliğ edilir.
Hazırda layihənin fəaliyyət planına uyğun olaraq yeniyetmə və gənclər idman məşqlərinə cəlb edilir, onlar arasında sağlamlığın təbliği istiqamətində işlər aparılır.
Layihənin sonunda yeniyetmə və gənclər arasında baş verən müsbət dəyişiklikləri müəyyənləşdirmək üçün sorğular keçiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13838″ id=”13838″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]