[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-418.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Təlimlər Mərkəzinin təşkilati dəstəyi ilə məqsədi gənc qızlarda özünə güvən hisslərinin aşılanması, sosial təşəbbüskarlığın, ictimai fəallığının artırılması, erkən nigahın qarşısının alınmasına dəstək verməkdən ibarət olan “Sən də fəal ol!” adlı layihə reallaşdırılıb.
15 mart 2014-cü il tarixində Bakı Ali Neft Məktəbində layihənin açılış mərasimi keçirilib. Mərasimdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak etmişlər. Mərasimi giriş sözü ilə açan rektor Elmar Qasımov layihənin xanım iştirakçılarını ictimai həyatda fəal olmağa çağırmışdır. Daha sonra layihənin rəhbəri, Bakı Ali Neft Məktəbinin tələbəsi Aynaz Mirzəzadə iştirakçıları layihə barədə məlumatlandırmışdır.
Layihə çərçivəsində iştirakçı gənclər üçün Bakı Ali Neft Məktəbinin konfrans zalında və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin qərargahında Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin mütəxəssisi Həbibə Sadıqlı “Fəal olmaq üçün nə etməli?” və tanınmış təlimçi Talıb Bayramov “İctimai fəallıq” mövzusunda interaktiv təlimlər keçmiş, mövzu ətrafında iştirakçılarla diskussiyalar aparmışlar.
Layihənin sonunda təlimdə fərqlənən gənc xanımlar sertifikatlarla mükafatlandırılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13826″ id=”13826″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]