[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-222.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Xəlilov Aqil Malik oğlunun həyata keçirdiyi “Gənclərin intellektual inkişafına dəstək” layihəsi çərçivəsində 15 mart 2014-cü il tarixində təlim kurs baş tutub. Təlim Zərdab rayonu Hədəf kursunun binasında keçirilib.
Təlimdə layihə çərçivəsində yaradılmış www.ritmtest.com səhifəsinin istifadəsi gənclərə öyrədilmiş və iştirakçılara bukletlər paylanılmışdır. Tədbirdə “Gəncliyə dəstək” İB-nin sədri Eldar Xəlilov da çıxış edib və layihənin əhəmiyyətindən və gənclərə göstərilən dövlət qayğısından danışıb.
Qeyd edək ki, layihənin məqsədi gənclərin intellektual səviyyəsini, dünya görüşünü artırmaq və şagirdlərin orta məktəblərdə qazanılmış biliklərini qabaqcıl texnologiyaların tətbiqi ilə inkişaf etdirməkdir.
Bu məqsədlə layihə çərçivəsində www.ritmtest.com səhifəsi yaradılmışdır. Online İmtahan səhifəsinin köməyi ilə gənclər intellektual səviyyələrini, dünya görüşlərin artıracaq və öz biliklərini qabaqcıl texnologiyaların tətbiqi ilə inkişaf etdirmək imkanı qazanacaqlar.
Layihə başa çatdıqdan sonra da hazırlanmış www.ritmtest.com səhifəsi davamlı olaraq gənclərin istifadəsində olacaqdır ki, bu da layihənin davamlılığını təmin edəcəkdir. “RİTM-C” kompüter kursunda davamlı olaraq www.ritmtest.com səhifəsindən istifadə gənclərə öyrədiləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13816″ id=”13816″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]