[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-69.jpg” ]
Gənclər Fondunun 4-cü qrant müsabiqəsinin qalibi Xanım Tahirova tərəfindən “Xüsusi qayğıya ehtiyaclı uşaqlara sahib olan gənc ailələrin maarifləndirilməsi” layihəsinin icrasına başlanılıb. Layihə 5 gün müddətində ümumilikdə 40 nəfər iştirakçı üçün nəzərdə tutulub. Beş gün ərzində aşağıdakı mövzular üzrə mütəxəssislər tərəfindən seminarlar keçirilib:
1.Ana və uşaq arasında sağlam ünsiyyət və uşaqlar üçün zehni inkişafı dəstəkləyən fəaliyyətlər;
2.Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib valideynlərə sosial-psixoloji dəstəyin göstərilməsi;
3.Yeniyetmə və böyüklərdə ağrı və qıcolma halları;
4.Yenidoğan, erkən uşaqlıq və yeniyetməlik dönəmində uşaqlarda ən sıx rast gəlinən nevroloji problemlər;
5.Erkən uşaqlıq dövrünün inkişaf psixopotologiyaları.
Seminarlar Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil olunub.
Seminarlardan sonra layihənin rəsmi bağlanışı olmuş və iştirakçılara sertifikatlar verilmişdir. Sertifikatlar ən az 3 seminarda iştirak edən iştirakçılara verilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13729″ id=”13729″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]