[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed.png” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10 fevral 2014-cü il tarixindən 10 aprel 2014-cü il tarixinədək icrası nəzərdə tutulan “Qara Turizmin inkişafı və təbliği” adlı fərdi layihənin ilkin fəaliyyət dövrü başa vurulmuşdur.
Xatırladaq ki, layihənin icrası prosesində bir sıra məqamlara rast gəlinmişdir. İlk növbədə qeyd etməliyik ki, ölkəmiz üçün bir qədər yeni sektor təəssüratı bağışlayan turizmin inkişafı istiqamətində dövlət siyasəti uğurla aparılmaqda və bu effektiv siyasətin parçası olaraq gənclərin bu və digər formada ölkə inkişafına yönələn fəaliyyətlərə cəlbi həyata keçirilməkdədir. Belə təşəbbüslərdən biri kimi “Qara Turizmin inkişafı və təbliği” mövzusunda məlumatlandırma layihəsini xüsusilə qeyd etmək lazımdır. Məhz adıkeçən layihə çərçivəsində mart ayının sonları və aprel ayının ilk həftəsi ərzində respublika gənclərini turizmin bu yeni qolu barəsində məlumatlandırmaq məqsədli bir sıra fəaliyyətlər həyata keçiriləcəkdir. Balakən və Qax rayonlarında keçiriləcək təlimlərin sonunda Bakı şəhərində layihə heyəti konfrans keçirərək layihənin gedişatı zamanı əldə olunan uğurlar və nəticələr barəsində gəncləri məlumatlandıracaqdır.
Qeyd edək ki, layihənin ilkin faliyyət dövündə gənclər arasında aparılan sorğu nəticəsində yalnız Turizm istiqaməti üzrə peşə və ali təhsil alan gənclərin Qara Turizm sahəsi barəsində məlumatlılığı qənaəti formalaşmışdır.
Xüsusilə vurğulamaq lazımdır ki, Qara Turizm sahəsi Turizm sektorunun xüsusi qolu olaraq Azərbaycan Respublikası ərazisində lazımi perspektiv və imkanları ilə seçilir.
Belə ki, bu sahə xarici və yerli turist cəlbini formalaşdırmaqla yanaşı, gənclərin vətənpərvərlik hislərinin artırılması üçün də labüd imkanlara yol açır.