[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-44.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Enactus Breakfast” layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Komandaların milli yarış öncəsi layihələrinə əməkdaşlar cəlb etmək və icrasına dəstək olmaq məqsədilə keçirilmiş görüşə Gənclər Fondunun nümayəndəsi, həmçinin “Nobel Oil”, “KPMG Azerbaijan”, “AGBank”, “Azsertifika”, “Ernst and Young”, “UniversialAz LLC” kimi şirkətlərin təmsilçiləri qatılmışlar. Görüşdə iştirak edən iş adamlarının arasında “Enactus” proqramının məzunları Yasəmən Xeyirxəbərli və Nizami Yusifli də olmuşlar.
“Enactus”un Azərbaycandakı meneceri Sərvər Cəfərov proqram və görüş haqqında məlumat vermişdir.
Sonra tələbələr və şirkətlərin nümayəndələri arasında səhər yeməyi çərçivəsində səmimi söhbət başlamışdır. Geniş müzakirələrin aparıldığı səhər yeməyinin sonunda komandalar artıq bir çox layihələrin icrası üçün əməkdaşlıq əlaqələri qurmuşlar. Həmçinin biznes liderlər komandaların layihələrinə irad və təkliflərini bildirmişlər. Ümumilikdə görüşdə 80 nəfər tələbə və 14 şirkətin nümayəndələri iştirak etmişdir.
İlk dəfə sınaq məqsədilə keçirilən bu layihə uğurla tamamlanmışdır. Belə görüşlərin gələcəkdə də davamlı olaraq keçirilməsi qərara alınmışdır. Cari ilin aprel ayında daha çox tələbənin və iş adamının iştirakı ilə “Enactus Breakfast-2”nin keçirilməsi planlaşdırılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13572″ id=”13572″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]