[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/553958_541885082590882_1677622897_n.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində Suraxanı rayonu 270 saylı orta məktəbdə şagirdlərlə görüş keçirilib. Tədbirdə Gənclər Fondunun fərdi qrant müsabiqəsində qalib olmuş layihənin rəhbəri Əzizov Tofiq, Suraxanı rayonu Gİİ-nin əməkdaşı Məmmədova Elnarə, “Hərbi And” qəzetinin əməkdaşı Əliyev Sahil, 270 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə çıxış edən 270 saylı orta məktəbin direktoru Qəhrəmanova Elmira Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideologiyasından və onun Azərbaycan tarixində tutduğu şərəfli yerdən danışaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətini qeyd edib.
Suraxanı rayon Gİİ-nin aparıcı məsləhətçisi Məmmədova Elnarə dövlətin gənclər sahəsini daim diqqətə saxladığını və gənclərə dəstək verdiyini bildirib. Layihə rəhbəri Tofiq Əzizov çıxışında layihənin məqsədi və layihə çərçivəsində çap edilmiş kitab haqqında məlumat verib. Şagirdlərə “Mən Azərbaycanlıyam” kitabı paylanılıb.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13546″ id=”13546″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]