[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-1210.jpg” ]
Naftalan şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, YAP Naftalan şəhər Gənclər Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi və “Aztelekom İB” və “Savab Dünyası” Talassemiya Assosiasiyasının təşkilati dəstəyi ilə “Talassemiyasız həyat naminə” adlı tədbir keçirilmişdir.
Tədbirdə talassemiya ilə bağlı şəhər gəncləri maarifləndirilmiş və bir çox maraqlı məqamlara toxunulmuşdur. Eyni zamanda, gənclərimizi maraqlandıran bir sıra suallar layihənin rəhbəri olan Gülgün Abbasova və eksperti Gülxar Abbasova tərəfindən cavablandırılmışdır. Tədbir iştirakçılarına hədiyyələr və bukletlər paylanılmışdır. Sonda layihə rəhbəri Gülgün Abbasova və eksperti Gülxar Abbasova tədbirin keçirilməsində göstərdiyi diqqət və qayğıya görə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanova və YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayevə öz minnətdarlığını bildirmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13338″ id=”13338″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]