[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed15.jpg” ]
Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Müasir ailə dəyərləri, milli adət ənənələrimiz” layihəsi həyata keçirilib. Layihə rəhbəri Cavidan Mustafayevin verdiyi məlumata görə layihənin məqsədi ailələrin rifahının hüquq və imkan bərabərliyinin, milli adət-ənənələrin, uşaqların ahəngdar inkişafının təmin edilməsi istiqamətində bütün zəruri addımlar atmaqdır. Layihə çərçivəsində gənclər üçün 2 günlük təlim təşkil edilib. Təlimin 1-ci günü gənclərə Aztelekom İstehsalat Birliyinin Əməkdaşı, Marketinq və satış departamentinin rəis müavini Məzahir Əliyev, peşəkar təlimçi Gülgün Abbas, “Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr departamentinin direktoru Nigar Rüstəmli, həkimləri Günay Mirzəyeva, Cahandar Hüseynov “Müasir və sağlam ailənin cəmiyyətin inkişafında yeri və rolu” mövzusunda geniş məlumat veriblər. Təlimin ikinci günü gənclərin görüşünə gələn Azərbaycan Tibb Universitetinin Normal Fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov gənclərlə “Müasir ailə dəyərləri, milli adət-ənənələrimiz” mövzusunda diskusiya aparıb.
Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif ediliblər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13228″ id=”13228″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]