[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/1.jpg” ]
1-2 mart 2014-cü il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən təşkilatçıyam!” layihəsi həyata keçirilib.
“Mən Təşkilatçıyam” layihəsi iki gün müddətində təlim formatında Bakı şəhərində keçirilmişdir. Layihənin məqsədi gənclərin, xüsusilə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülüyün təbliği, eyni zamanda, komanda işi və təşkilatçılıq qabiliyyətlərinin yüksəldilməsi idi.
Layihədə təşkilati komanda üçün vacib olan iş prinsiplərindən, düşərgə, konfrans, form, müxtəlif yerli və beynəlxalaq müsabiqə, yarışların təşkilindən danışılmışdır. Nəticədə, iştirakçılar təşkilatçılıq haqqında maariflənmişlər. Bu isə gələcəkdə Azərbaycanda keçiriləcək yerli və beynəlxalaq tədbirlərdə fəaliyyət göstərəcək bir qism gəncin təşkilatçılıq sahəsində inkişafına səbəb olmuşdur.
Təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olunmuşlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13222″ id=”13222″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]