[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-212.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Müasir ailə dəyərləri, milli adət ənənələrimiz” layihəsinə start verilib. Layihə rəhbəri Cavidan Mustafayevin verdiyi məlumata görə tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Bir sıra toplumlardan fərqli olaraq Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Layihənin məqsədi ailələrin rifahının hüquq və imkan bərabərliyini təmin etmək, milli adət ənənələri təşviq etmək, uşaqların ahəngdar inkişafının təmin edilməsi istiqamətində bütün zəruri addımları atmaqdır.
Layihə çərçivəsində gənclər üçün 2 günlük təlim təşkil ediləcəkdir. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.