[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/kitab_3_420x250.jpg” ]
AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı doktorant Natiq Mürsəlovun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” layihəsi informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə Azərbaycan Respublikasında gənclərin elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını və onların elmi ədəbiyyata informasiya tələbatını təmin etmək məqsədilə elmi-biblioqrafik göstəricinin hazırlanmasını nəzərdə tutur. Elmi-biblioqrafik göstərici bütün elm sahələrini özündə əks etdirən, müstəqillik dövründə Azərbaycanda nəşr edilən və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının fondunda saxlanılan, mövzu aktuallığı əhəmiyyət kəsb edən elmi ədəbiyyatın (dərslik, dərs vəsaiti və monoqrafiya) annotasiyalı biblioqrafik təsvirlərindən ibarət olacaq.
Layihənin ideyası informasiya cəmiyyətində vacib yer tutan sahədə gənclərin bilik və bacarıqlarının artırılması, ölkə ilə bağlı zəruri məlumatların çatdırılması, gənclərin təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalara marağının artırılması, nəzəri biliklərinin praktikada tətbiq edilməsi, onların ixtisasları ilə bağlı olan sahələrlə yaxından tanış olmasından, eyni zamanda ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öz intellektual və yaradıcı potensiallarının istifadə etməsindən ibarətdir.