[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-37.jpg” ]
20 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Jalə Teymurlu tərəfindən həyata keçirilən “Gənc fəal” layihəsi çərçivəsində İmişli rayon Cəfərli kəndində “Könüllülük, gender və liderlik” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə yeniyetmə və gənclər iştirak etmişlər. Təlim çərçivəsində mövzu ilə bağlı müzakirələr təşkil edilmiş, qrup işlərinin nəticələri dinlənilmişdir. Təlimdə “Könüllülük-Aktiv vətəndaşlıq“, “Ünsiyyət (kommunikasiya) və ictimai çıxış”, “Gender bərabərliyi”, “Həyat bacarıqları-liderlik” və digər mövzular müzakirə edilmişdir.
İştirakçılara layihə çərçivəsində çap olunmuş maarifləndirici bukletlər və materiallar paylanmışdır. Layihənin əsas məqsədi gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi,onların ictimai fəaliyyətə cəlb olunmalarının və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, gənclərin öz hüquqları haqqında biliklərinin artırılması, yaradıcı düşüncə, səmərəli dinləmə, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və gənclər arasında dialoq şəbəkəsinin yaradılması kimi nailiyyətlərin əldə edilməsindən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13095″ id=”13095″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]