[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-113.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Sən də QİÇS-ə yox de” adlı layihə icra olunmuşdur. Layihə rəhbəri Sahil Abuşovun verdiyi məlumata görə layihənin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu xəstəlikdən əziyyət çəkən insanlara yönəltmək, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS)-ə yoluxmanın səbəbləri barədə gəncləri məlumatlandırmaq, gənclərin asudə vaxtının səmərəli təşkil etməkdən ibarət olmuşdur.
Layihə çərçivəsində 1 günlük təlim keçirilmişdir. Təlimdə təşkilat komitəsi tərəfindən seçilmiş 30 nəfər gənc iştirak etmişdir. Təlim 23 fevral 2014-cü il tarixində “Divan” Hotelin konfrans zalında baş tutmuşdur. Layihənin sonunda layihə iştirakçılarına layihə rəhbəri tərəfindən sertifikatlar təqdim olunmuşdur.