[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/OurTrainings_01.png” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə “Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” adlı layihənin icrasına start verilib.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzinin təbliğidir. Layihədən yeniyetmə və gənclər yararlanacaqlar. Təşkil ediləcək təlimlər zamanı yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzi təbliğ ediləcək
Layihə çərçivəsində yeniyetmə və gənclərlə görüşlər və treninqlər təşkil ediləcək. Uşaqlar qruplara bölünərək idman məşqlərinə cəlb olunacaqlar. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi təbliğ edilməsi onların sağlam həyata inteqrasiya etmələri üçün şərait yaradacaq.
Sonda yeniyetmə və gənclər arasında baş verən dəyişiklikləri qiymətləndirmək və dəyərləndirmək üçün sorğular aparılacaq. Bunun köməyilə uşaqlarda baş verən müsbət dəyişikliklər müəyyənləşdiriləcək.