[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-110.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Regionda intellektual hərəkatın təbliği” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində ilk rayon seçim turu Beyləqan rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, “Mil” İntellektual Klubu və “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin təşkilati təşkilati dəstəyi ilə Beyləqan şəhərində baş tutub. Beyləqan şəhər 3 saylı orta məktəbdə keçirilən yarışlar “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektual oyunları üzrə keçirilib. “Nə? Harada? Nə zaman?” intellektual oyun növü üzrə keçirilən yarışların nəticələrinə görə ilk 4 yeri tutmuş komandalar arasında “Xəmsə” intellektual oyun növü üzrə turnir təşkil olunub. Ən yüksən nəticə göstərmiş iki komanda-“Mil” və “Millady” komandası layihə çərçivəsində keçiriləcək “Gənclik” kubokuna vəsiqə qazanıblar.
Xatırladaq ki, Beyləqan, Ağcabədi, Xocavənd, Füzuli rayonlarını əhatə edəcək layihə çərçivəsində hər rayonda “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektual oyun növləri üzrə yarışlar keçiriləcək, ilk 2 yerin qalibi olmuş komandalar layihə müddətinin sonunda Beyləqan rayonunda təşkil olunacaq “Gənclik” kubokunda-finalda oynamaq şansı qazanacaqlar.
Həmçinin, layihənin icra olunduğu rayonların hər birində yaradılmış intellektual klubların fəaliyyətinə də dəstək göstəriləcək. Layihənin əsas məqsədi region gəncləri arasında müxtəlif intellektual yarışlar təşkil etməklə gənclərdə cəld və düzgün qərar qəbul etmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq və intellektual şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13051″ id=”13051″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]