[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-16.jpg” ]
Parlaq Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan region gənclərinin ictimai fəallığının artırılması məqsədilə “Özünə dəstək qrupları gənclərin ictimai fəallığı kimi” layihəsinin növbəti təlimini Lənkəranda keçirib. Təşkilat rəhbəri Aqil Mehdinin bildirdiyinə görə təlimçilər Cavid İmamoğlu və Tofiq Sadıqov psixoloji və hüquqi konsultasiya verərək sosiallaşmağa xidmət edəcək biliklər və bacarıqlardan danışıblar.
Təlimçilər Lənkəranda xüsusi qayğıya ehtiyacı olan gənclər arasında şəbəkənin qurulması ilə ünsiyyət körpüsünün yaradılması və onlar arasında əməkdaşlığın formalaşdırılmasından bəhs ediblər. O cümlədən, iştirakçılara məlumat kitabçaları, kiçik broşur və bukletlər paylanıb.
Layihənin icrası zamanı fəal gənclərin təhsil aldıqları tədris müəssisələrində, müəssisələrdən kənar icmalarda görüşlər keçirilməsi də nəzərdə tutulub.
Layihədən faydalanan gənclərin daha çox bilik və bacarıq əldə etməsi üçün təlim proqramı müasir interaktiv metodologiyalar vasitəsilə keçirilir.
Nəzərdə tutulan özünə dəstək qruplarının yaradılması xüsusi qayğıya ehtiyacı olan region gənclərinin müxtəlif sahələrdə (dövlət, özəl və ictimai sektor) ictimai aktivliyinin artırılmasına imkan yaradacaq.