[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-15.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ekoloji maarifləndirmə təlimçilər qrupunun yaradılması” layihəsi çərçivəsində 25 yanvar 2014-cü il tarixində Azərbaycan Turizm İnstitutunda “Ekoloji maarifləndirmə təlimçilərinin təlimi” adlı seminar-treninq keçirilib.
Layihənin rəhbəri Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Pərviz Əfəndizadə giriş sözü ilə çıxış edərək layihənin məqsədi, gözlənilən nəticələr və layihə müddətində tərtib olunmuş “Ekoloji məlumat kitabı” haqqında məlumat verib.
Seminarın açılış mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov, seminarın təlimçisi Ümümdünya Vəhşi Təbiət Fondunun Bakı ofisinin nümayəndəsi Elşad Əsgərov, müstəqil ekspert Arzuman Bayramov, Bakı Dövlət Universiteti “Ekologiya və torpaqşünaslıq” fakültəsinin dekan müavini, “Ekoloji kimya” kafedrasının müəllimi Fətəli Hüseynov, Azərbaycan Turizm İnstitutunun nümayəndəsi Vidadi Baxışov, “Təbiət dostları” ictimai birliyinin nümayəndəsi Elşən Nuriyev, Avropa Tələbələr Birliyi Bakı nümayəndəliyinin rəhbəri Akif Əhmədzadə ekoloji problemlər, ətraf mühitlə bağlı ölkə vətəndaşlarının hüquq və vəzifələri, ekoloji problemlərin həlli ilə əlaqədar Azərbaycanda görülən işlər, dövlət proqramları haqqında iştirakçılara ətraflı məlumat vermiş, eyni zamanda ekoloji maariflənmənin vacibliyi, bu işdə xüsusilə gənclərin iştirakının təqdirəlayiq olduğunu, dövlətimizin bu istiqamətdə maarifləndirmə tədbirlərini dəstəklədiyini, tərtib olunmuş “Ekoloji məlumat kitabı”nın gənclərə çox gözəl töhfə olduğunu, seminarda tam heyətdə gənclərin iştirakının çox sevindirici hal olmasını bildirmişlər.
Seminarda Elşad Əsgərov, Elşən Nuriyev, Pərviz Əfəndizadə, “ELS” ictimai birliyinin rəhbəri İradə Yaqubova, Beynəlxalq Əmək Təşkilatının təlimçisi Qorxmaz Əfəndiyev “Xüsusi mühafizə olunan təbiət əraziləri”, “Ekoloji problemlər”, “Məişət tullantılarının idarə olunması”, “EkoTurizm”, “XXI əsrin təhlükələri”, “Qida təhlükəsizliyi”, “Maarifləndirici tədbirlərin təşkili və keçirilməsi” mövzusunda çıxışlarını təqdim etmiş, hər bir mövzu ətrafında diskussiyalar aparmışlar.
Seminarın sonunda iştirakçıların hər biri təlim, ümumilikdə layihə ilə bağlı fikir və təkliflərini bildirib, bundan sonra görüləcək işlər müzakirə edilib və növbəti addımlar müəyyənləşdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12969″ id=”12969″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]