[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-9.jpg” ]
Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə tələbələr arasında keçirilən “Tibbi biliklər”, “İqtisadi biliklər”, “Tarix , “Psixologiya” mövzularında olimpiadaların bağlanış mərasimi keçirilib.
Tələbələr arasında ilk dəfə keçirilən müxtəlif mövzular üzrə və geniş miqyaslı 4 olimpiadada 4000-ə yaxın tələbə iştirak edib. I İqtisadi Biliklər Olimpiadası Azərbaycan Dövlət İqtisad Universitetinin, Tələbələrarası I Tarix Olimpiadası AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Tələbələrarası I Psixologiya Olimpiadası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Tələbələrarası I Tibbi Biliklər Olimpiadası Azərbaycan Tibb Universitetinin TGT-sinin təşəbbüsü ilə həyata keçirilib.
ATGTİ-nin sədri Şahin İsmayılov tədbiri açaraq TGT-lərin təşəbbüsü ilə həyata keçirilən bu layihələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında keçirilən olimpiadaların mövzularının həyati əhəmiyyətli olduğunu bildirərək gənclərimizin uğur qazanmasında bu mövzuları dərindən bilməsinin vacib olduğunu qeyd edib.
Sonda Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edib və Fonda təqdim olunan layihələr arasında ATGTİ tərəfindən təqdim olunan layihələrin yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət baxımından digər layihələrdən fərqləndiyini bildirib.
Qeyd edək ki, olimpiadalarda ilk üç yerin qalibləri müvafiq olaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Digər olimpiadalardan fərqli olaraq Tibbi Biliklər olimpiadasının qaliblərinə AİDA klinikasından xüsusi hədiyyələr təqdim olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12929″ id=”12929″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]