[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/02/unnamed-4.jpg” ]
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Beyləqan rayonunun tarixi abidələrinin tələbə gənclər arasında təbliği” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Beyləqan rayonunda yerləşən tarixi abidələrin geniş formada təbliğini həyata keçirmək və bu prosesə gəncləri fəal formada cəlb etməkdən ibarətdir. Həyata keçirilən layihə çərçivəsində Beyləqan rayonunda olan qədim tarixi abidələrin yerləşdiyi ərazilərə gənclərin müxtəlif ekskursiyaları, seminarlar, tanınmış tarixçi alimlərin gənclərlə görüşləri və müxtəlif maarifləndirmə işləri həyata keçirilir.
Layihə çərçivəsində növbəti ekskursiya qrupunun Kəbirli kəndi yaxınlığında yerləşən Qədim Beyləqanın (Örənqala) yerləşdiyi əraziyə səfəri təşkil edilmişdir. Ekskursiyadan əvvəl Beyləqan rayon Tarix Diyarşünaslıq Muzeyinin akt zalında seminar təşkil edilmişdir. Seminarda Beyləqanın 2000 illik tarixi haqqında gənclərə ətraflı məlumatlar verilmiş, ekskursiya ilə bağlı gənclərin təəsüratları, gələcəkdə həyata keçirilən fəaliyyətlər müzakirə edilmiş, bukletlər paylanmış, həmçinin, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev tərəfindən layihə ilə bağlı geniş məlumat verilmişdir. Təşkil olunan ekskursiyada Beyləqan rayon Gənclər və İdman İdarəsinin, Beyləqan rayon Tarix Diyarşünaslıq Muzeyinin, “Araz ədəbi birliyi”nin, Beyləqan rayon T.H.Niyazi adına Uşaq Musiqi Məktəbinin, Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları da iştirak etmişlər.
Növbəti ekskursiya qrupu Kəbirli kəndi yaxınlığında yerləşən Qədim Beyləqanın (Örənqala) yerləşdiyi əraziyə səfər etmiş, burada gənclər orta əsr şəhəri olan Qədim Beyləqan haqqında tarixi məlumatlarla tanış olmuş, geniş informasiya əldə etmişlər. Tarixçi alim Asif Cəfərli gənclərə Qədim Beyləqanda yerləşən sənətkarlar məhəlləsi, qala divarları, kiçik şəhər, böyük şəhər haqqında ətraflı məlumat vermişdir. Ekskursiya tarixi ərazilərdə gəzinti ilə davam etmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12805″ id=”12805″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]