[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/02/unnamed.jpg” ]
Şəkidə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 3-cü qrant müsabiqəsi çərçivəsində həyata keçirilən pilot layihə-“Gənclərin İcra Hakimiyyəti Modeli” adlı layihənin bağlanış mərasimi olub. Bağlanış mərasimində layihə rəhbəri, ekspertlər, iştirakçılar və gənclər təşkilatlarının nümayəndələri iştirak etmiş və Gənclərin İdarəetmə Şurasının hesabatını dinləmişlər.
Həmçinin, “Gənclərin İcra Hakimiyyəti Modeli” layihəsində iştirak edən gənclər təkliflər paketi hazırlamış və onu Şəki Şəhər Gənclər və İdman İdarəsinə, Şəki Şəhər İcra Hakimiyyətinə təqdim etmişlər. Təkliflər həm gənclər, həm də gənclərin maraq dairəsində olan müxtəlif problemlərin həlli ilə bağlı olan sahələri əhatə etmişdir.
Layihənin əsas məqsədi region gənclərinin fəallığının artırılması və tələbə-gənclərin motivasiyası, gənclərin idarəçilikdə iştirak bacarıqlarının artırılması, gənclərin ideya və təkliflərinin dinlənilməsi, gənclərin dövlət qulluğu və yerli idarəetmədə iştirakı və paytaxta axınının qarşısının alınması, dövlət qulluğu sahəsində gənc kadrların hazırlanması işinin gücləndirilməsi və keyfiyyətinin artırılması istiqamətində işlərin görülməsi idi.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Layihə növbəti aylarda fəal və təşəbbüskar gənclərin istəyi nəzərə alınaraq davam edəcəkdir.