[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/02/IMG_0846.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbələr Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 10 fevral 2014-cü il tarixində, Bakıda Erasmus+ proqramının təqdimatı keçirilmişdir. Erasmus+ proqramının təqdimatı Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin gənclər sahəsində eksperti Maksymilian Fras tərəfindən aparılmışdır. Təqdimatda Avropa Komissiyasının 2014-2020-ci illəri əhatə edəcək Erasmus+ proqramının fəaliyyət istiqamətləri, mümkün layihə perspektivləri və Azərbaycan gənclər təşkilatlarının proqram çərçivəsində əldə edə biləcəyi imkanlar barədə ətraflı məlumat verilmişdir. Həmçinin, tədbirdə Azərbaycan gənclər təşkilatları ilə əlaqələrin yaradılması və gələcəkdə müxtəlif birgə layihələrin icrasını müzakirə edə bilmək üçün təqdimatda İtaliya, Hollandiya, Litva, Ukrayna, Gürcüstan, Türkiyə kimi ölkələrdən ən aktiv gənclər təşkilatlarının rəhbərləri də qonaq qismində iştirak etmişlər.
Təqdimatda açılış nitqi ilə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev öncə qonaqları salamlamış, daha sonra proqramın əhəmiyyətini vurğulamış, Gənclər Fondunun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir. Mərasimdə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, təxminən 10 il öncə Azərbaycandan olan gənclər təşkilatları Avropaya inteqrasiya etmək üçün məhz Avropanın özündən dəstək almağa çalışırdılarsa, bu gün artıq onlar Azərbaycanda öz imkanları haqqında məlumat verirlər. Təbii ki, bu gənclər siyasəti sahəsində olan uğurlu inkişafdan və əməkdaşlıqdan xəbər verir. Biz çox istəyirik ki, gənclərimiz ölkəmizi əhatə edən bütün sahələrdə aktiv olsunlar. F.Hacıyev deyib ki, bu ildən fond tərəfindən gənclər təşkilatları üçün struktur qrantları üzrə müsabiqə elan olunur. Burada əsas şərt isə həmin təşkilatın heç olmasa həyata keçirilmiş 1 beynəlxalq layihəsinin olmasıdır.
Daha sonra günün ikinci yarısında Proqram çərçivəsində Bakıda səfərda olan qonaqlar Gənclər Fondunun ofisində olmuş, Fondun fəaliyyəti barədə daha ətraflı məlumat almış, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12703″ id=”12703″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]