[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/foto-f.jpg” ]
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş komitəsinin Bürosunun iclasında iştirak edib. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuş, Bakıda keçiriləcək bir sıra beynəlxalq tədbirlərin təqdimatı keçirilmişdir. Bundan əlavə, F.Hacıyev tərəfindən Avropa Gənclər Fondunun direktoru ilə əməkdaşlıq məsələləri də müzakirə edilib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə İş üzrə Hökümətlərarası daimi Komitəsi tərəfindən Rusiya Federasiyası ilə Avropa Şurası arasında gənclər sahəsində imzalanmış sazişin icrası ilə bağlı məruzəçi seçilmişdir.
27-28 yanvar 2014-cü il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının gənclərlə iş komitəsinin Bürosunun iclası keçirilib.
İclas zamanı gənclərlə iş komitəsinin 2013-cü ilin yekun hesabatı təqdim olunmuş və 2014-cü il üçün nəzərdə tutulan proqram müzakirə olunmuşdır. Eyni zamanda, iclasda gənclər üçün könüllülük proqramları, gənclərin və təşkilatların bacarıqlarını daha da inkişaf etdirmək üçün mövcud proqramlar çərçivəsində tərəfdaş ölkələrlə əlaqələrin artırılması məsələləri ətrafında diskussiyalar aparılmışdır. Bundan əlavə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə cari ilin may ayında etibarən sədrlik edəcəyi ilə bağlı Azərbaycan tərəfindən gənclər sahəsi üzrə hazırlanacaq fəaliyyət planı da müzakirə olunmuşdır.