[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-327.jpg” ]
Beyləqan rayonunda 30 nəfər gəncin “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən Beyləqan rayonunun qədim tarixi abidələrinin yerləşdiyi ərazilərə ekskursiyası təşkil edilmişdir. Səfərdə Beyləqan rayon Tarix Diyarşünaslıq Muzeyinin, “Araz ədəbi birliyi”nin, Beyləqan rayon Mərkəzi Kitabxanasının, Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları da iştirak etmişdir.
Əvvəlcə Kəbirli kəndi yaxınlığında yerləşən Qədim Beyləqanın (Örənqala) yerləşdiyi əraziyə səfər edilmiş, burada gənclər orta əsr şəhəri olan Qədim Beyləqan haqqında tarixi məlumatlarla tanış olmuş, geniş informasiya əldə etmişlər. Daha sonra gənclərin Beyləqan rayonunda yerləşən tarixi abidələrdən biri olan XIV əsrə aid Həzrəti Cərciz Peyğəmbər Ziyarətgahına səfəri təşkil edilmişdir. Burada da tarixçilər tərəfindən qədim tarixi abidə ilə bağlı müxtəlif məlumatlar gənclərə çatdırılmışdır.
Ekskursiyanın sonunda Beyləqan rayon Tarix Diyarşünaslıq Muzeyinin akt zalında seminar təşkil edilmişdir. Seminarda Beyləqanın 2000 illik tarixi haqqında gənclərə ətraflı məlumatlar verilmiş, ekskursiya ilə bağlı gənclərin təəssüratları, gələcəkdə həyata keçirilən fəaliyyətlər müzakirə edilmiş, həmçinin “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev tərəfindən layihə ilə bağlı geniş məlumat verilmişdir.
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Beyləqan rayonunun tarixi abidələrinin tələbə-gənclər arasında təbliği” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Beyləqan rayonunda yerləşən tarixi abidələrin geniş formada təbliğini həyata keçirmək və bu prosesə gəncləri geniş formada cəlb etməkdən ibarətdir. Həyata keçirilən layihə çərçivəsində Beyləqan rayonunda olan qədim tarixi abidələrin yerləşdiyi ərazilərə gənclərin müxtəlif ekskursiyaları, seminarlar, tanınmış tarixçi alimlərin gənclərlə görüşləri və müxtəlif maarifləndirmə işləri həyata keçirilir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12573″ id=”12573″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]