[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-139.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə CES-in 2014 “Sənaye ili”-nə həsr olunmuş ilk layihəsi Qış Mühəndislik Məktəbinin seçim mərhələləri davam edir. Layihənin 2-ci mərhələsi Xəzər universitetində baş tutub. Tələbələr arasında ən populyar layihə sayılan Mühəndislik məktəbinə 331 nəfər gənc arasından seçilərək 2-ci mərhələdə iştirak etməyə haqq qazanmış 263 nəfər tələbə məntiq, ingilis dili və mühəndislik sahəsinə aid olan sualları cavablandırıblar.
Qeyd edək ki, müraciət və imtahanda iştirak sayı ötən illərlə müqayisədə olduqca yüksək olmuşdur. Mühəndislik Məktəbinin proqramında 7 böyük şirkətin iştirakı təsdiq olunmuşdur. Onlar BP, Schlumberger, Azersun, Baker Huges, Azercell, Halliburton, AMECdir. Məktəbin hər bir günü bu şirkətlərdən birinin sənaye sahələrində və ofislərində keçiriləcək, tələbələr real sənaye prosesləri və şirkətlərin mühəndis və rəhbər heyəti ilə tanış olmaq üçün gözəl şans əldə edəcəklər.
İmtahanın nəticələri CES-in saytında, eləcə də, facebook səhifəsində yerləşdirilib. Bu mərhələni də uğurla keçən tələbələr sonuncu müsahibə mərhələsində iştirak etmə hüququ əldə ediblər.