[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-232.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sinemasport-yeni media vasitəsi” layihəsi davam etməkdədir. Artıq layihə çərçivəsində nəzərdə tutulmuş təlimlər yekunlaşmaq üzrədir. Ümumilikdə təlimlərdə 50 nəfərdən çox gənc iştirak etmişdir. Təlimlərdə gənclər videoçarxların hazırlanması istiqamətində maarifləndirilmişdir. Layihənin davamı olaraq təlimlərdə iştirak etmiş gənclər komandalar şəklində formalaşdırılacaq və sosial, məişət problemlərini əks etdirən mövzularda video çarxlar hazırlayacaqlar. Hazırlanmış 4-8 dəqiqəlik qısametrajlı filmlər 4 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Qiymətləndirmə ideyanın məzmunluğu, aktyorların öz rollarını necə canlandırması, mövzuya yanaşma və ssenaridə ardıcıllıq meyarları üzrə təyin ediləcəkdir.
Geniş ictimaiyyətin maarifləndirilməsi məqsədilə gənclər tərəfindən hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçiriləcək və sosial şəbəkələrdə yerləşdiriləcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12533″ id=”12533″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]