[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed24.jpg” ]
“Region gənclərinin aktiv vətəndaşlıq məktəbi” layihəsi müxtəlif regionlarda yaşayan və təhsil alan gənclərə komanda işi, şəbəkələşmə, layihə idarəçiliyi, fandreyzinq, sosial media, sosial məsuliyyət və sosial problemlərin həllində vətəndaş inisiativi üzrə bilik və bacarıqlar qazandırmaqla aşağıdakı məqsədləri həyata keçirməyi hədəfləyir:
– Onların öz regionlarında sosial problemlərin həllində könüllü təşəbbüs və iştiraklarının dəstəklənməsi;
– Uğurlu gələcək üçün təhsilə və inkişafa dəstək vermək;
– Aktiv vətəndaşlıq düşüncələrinin regionlarda genişlənməsinə kömək etmək;
– Şəbəkələşmə, komanda işi prinsiplərinin inkişaf etdirilməsi;
– Regionların inkişafı üçün fəaliyyət göstərməyə təşviq etmək.
Həmçinin, layihədə iştirak edəcək gənclərin fəal şəbəkəsinin yaradılması, onların öz şəbəkəsindən yararlanması və şəbəkənin davamlı şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulur. Gənclər layihə ərzində iştirak etdikləri təlim və seminarlar silsiləsindən əldə etdikləri bilik və bacarıqları öz regionlarında tətbiq edəcəklər. Bu zaman onlara layihə icraçıları, tərəfdaş QHT-lər və layihə iştirakçılarından ibarət şəbəkə üzvləri tərəfindən dəstək göstəriləcəkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.