[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/IMG_0073.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xalq sənətimiz gənclərin ifasında” layihəsinin yekunu olaraq Dekorativ Tətbiqi Sənət sərgisi keçirilmişdir. Sərgidə Qubada keçirilən Dekorativ Tətbiqi Xalq Sənəti Qış məktəbinin 15 nəfər iştirakçısının və əlavə olaraq, 10 nəfər iştirakçının xalçaçılıq, dulusçuluq, bədii keramika sahələrində işlənmiş əsərləri nümayiş olunmuşdur.
Sərginin açılış mərasimi 20 dekabr 2013-cü il tarixində, saat 18:00-da Baku Creative Center-də baş tutmuşdur. Layihənin rəhbəri Səbinə Əliyevadır.
Layihənin əsas məqsədi texnologiyanın inkişafı ilə əlaqədar unudulmaqda olan mədəni tarixi dəyərlərimizə sahib çıxmaq, ənənəvi xalq sənət növlərimizi tanıtdırmaq, dekorativ tətbiqi sənət növləri üzrə yeni nümunələr üzə çıxarmaq, gənclərə bu sahədə müəyyən bilik verməkdən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12381″ id=”12381″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]