[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-127.jpg” ]
“Gənclər Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizədə maarifçiliyin rolu” adlı layihə artıq başa çatıb. Layihə çərçivəsində son tədbir Mingəçevir şəhərində baş tutmuşdur. Tədbirdə Mingəçevir şəhərinin nümayəndələri, ictimai xadimlər iştirak etmişlər. Tədbirdə çıxış edən “Gənclər Mərkəzi” İctimai Birliyinin sədr müavini Məhəmməd Bayramov iştirakçılara layihə haqqında ətraflı məlumat verib.
Layihənin uğurla reallaşdırıldığını qeyd edən M.Bayramov ümumilikdə layihə öncəsi qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. İnsan alveri və onun fəsadları, insan alverinə şərait yaradan məqamlar, insan alveri qurbanlarına sosial reabilitasiya üsulları ilə bağlı geniş məlumatlar verilib. Sonda layihənin qiymətləndirilməsi təşkil edilib və layihə iştirakçılarına sertifikatlar paylanılıb.