[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed20.jpg” ]
28-29 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki şəhərində “Yol hərəkəti qaydalarını bilək və əməl edək” adlı layihə keçirilib. Layihənin keçirilməsində əsas məqsəd gəncləri, məktəbliləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaqdır. Layihənin ilk günündə Şəki şəhərində təhsil alan tələbə gənclər iştirak etmişlər. Tədbirə qonaq qismində Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəki şəhər polis şöbəsinin dövlət yol bölməsinin baş inspektoru Tural Niftaliyev iştirak etmişlər. Qonaqlar layihənin əhəmiyyəti və vacibliyi haqqında danışıblar. Çıxış edən T.Niftaliyev gənclərə yol hərəkəti qaydaları haqqında məlumat verib.
Tədbirin ikinci günündə Şəki şəhərinin orta məktəb şagirdləri iştirak etmişlər. Tədbirdə qonaq qismində Şəki şəhər Təhsil şöbəsinin metodisti Anar Məmmədov, Şəki şəhər dövlət yol polis bölməsinin təbliğat-təşviqat işləri üzrə inspektoru, polis baş leytenantı Fəqan Mehdiyev iştirak ediblər. Tədbirin sonunda gənclərə, tədbirdən sonra isə şəhər sakinlərinə məlumatlandırıcı broşurlar paylanılıb.