[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-124.jpg” ]
Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Vegetarian Mətbəxi” adlı layihə həyata keçirib. Layihə çərçivəsində Azərbaycan vegetarian mətbəxini təbliğ edən “Azərbaycan Vegetarian Mətbəxi” adlı kitab işıq üzü görüb. Kitabın təqdimat mərasimində müəlliflərdən biri və rəyçi-baş aşbaz Emil Əliyev dünyanın ən qədim mətbəxlərindən biri olan Azərbaycan mətbəxindən belə bir seçmənin ilk dəfə çap olunduğunu qeyd edib. Rəssam Fərid Ələkbərov isə meyvə-tərəvəz çeşidinin bol olduğu bir ölkədə sağlam qidalanmanın daha asan olduğunu vurğulayıb. Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova qeyd edib ki, layihənin əsas məqsədi gənclərin zəngin Azərbaycan mətbəxinə diqqətini artırmaq və sağlam qidalanmaya diqqət yetirmələrinə nail olmaqdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12237″ id=”12237″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]