[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed16.jpg” ]
16 noyabr 2013-сü il tarixində “Qadınların gözü ilə” layihəsi çərçivəsində Şəki Rəsm Qalereyasında gənc qadın fotoqrafların foto sərgisi təşkil olunub. 20 noyabr 2013-cü il tarixinədək davam edən sərgidə gənc qadın fotoqraflar tərəfindən çəkilən 80-a yaxın foto nümayiş edilib. 790 foto şəklin təqdim edildiyi müsabiqənin əsas mövzusu regionlarda qadınların həyatı, gündəlik yaşam tərzi, ekologiya olub. Müsabiqənin şərtlərinə uyğun olaraq daha aktiv iştirak edən iki iştirakçıya hədiyyələr təqdim edilmişdir.
Sərgidə ümumilikdə 200-dən çox gənc, həmçinin Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov da iştirak etmişdir.
Onu da qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 3-cü qran müsabiqəsi çərçivəsində C kateqoriyasına uyğun olaraq həyata keçirilib. Layihənin əsas məqsədi şimal-qərb zonasında yaşayan 14-29 yaş arası qadınlar arasında fotoqrafiya və foto jurnalistikaya marağı artırmaqdan ibarət olub.