[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-410.jpg” ]
14 dekabr 2013-cü il tarixində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, ATGTİ-nin təşkilati dəstəyi ilə reallaşdırılan “Biz birlikdə güclüyük!” adlı fərdi layihənin təqdimatı keçirilib. Qeyd edək ki, layihə ərzində xüsusi işçi qrup tərəfindən “Biz birlikdə güclüyük!” şüarı altında videoçarx hazırlanıb.
Keçirilən təqdimat mərasimində Gənclər Fondunun Müşahidə Şurasının üzvü, ATGTİ-nin sədri Şahin İsmayılov iştirak edib.
Layihə rəhbəri Şəmsi Gülverdiyev sosial çarx ilə bağlı məlumat verdikdən sonra sosial çarx üzərində çalışan işçi qrupun nümayəndəsi, videoçarxın rejissoru Dadaş Əlizadə də layihə barəsində öz fikirlərini bildirib.
Təqdimatın sonunda videoçarxın diski iştirakçılara paylanılıb.
Nəzərinizə çatdıraq ki, hazırlanmış çarxın sosial şəbəkələrdə və bəzi televiziyalarda nümayiş etdirilməsi nəzərdə tutulub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12218″ id=”12218″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]