[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-75.jpg” ]
Gənclər arasında Mübadilə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bərabər təhsil imkanları” layihəsinə start vermişdir. Qeyd edək ki, “Bərabər təhsil imkanları” layihəsinin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan və əlil olan gənclərin qeyri-formal tədris alətlərindən yararlanmaq və cəmiyyətə inteqrasiya etmək sahəsindəki mövcud çətinlikəri aradan qaldırmaqdır. Layihə çərçivəsində ilkin olaraq xüsusi qayğıya ehtiyacı olan və əlil olan gənclərə fərdi inkişaf, şəbəkələşmə, komanda işi və idarə edilməsi, layihələrin yazılması, liderlik motivasiyası, ictimai maraqların dəstəklənməsinin vacibliyini aşılayan mövzularda təlimlər keçirilmişdir.
Layihənin ilkin mərhələsinin yekununda xüsusi qayğıya ehtiyacı olan və əlillik dərəcəsi olan gənclərin sosial yönümlü ideyaları arasından seçilmiş 10 ən yaxşı ideyanın həyata keçirilməsi üçün 17-18 dekabr 2013-cü il tarixləri arasında “Sosial İdeyaların Reallaşması” düşərgəsi təşkil edilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12212″ id=”12212″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]