[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-56.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “C” kateqoriyası üzrə müsabiqəsinin qalibi, fiziki şəxs Hüseynova Rəvanə Fondun maliyyə dəstəyi ilə “Gənc qadınlar arasında sosial aktivliyin artırılması” layihəsi çərçivəsində 14 və 15 dekabr 2013-cü il tarixlərində Şəki şəhərində gənc qadınların sosial aktivliyinin artırılması məqsədilə “Gənc qadın və sahibkarlıq” və “Gənc qadınlar sosial fəaliyyətlə necə məşğul olmalıdır” mövzularında 2 günlük görüş-təlim keçirmişdir.
Təlimi layihənin rəhbəri və layihə üzrə təlimçi Rəvanə Hüseynova açıb. O, həm layihə və həm də layihə çərçivəsində həyata keçirilən ilk görüş və təlim haqqında, eləcə də qarşıda 2 gün müddətində keçiriləcək təlimlərin mövzuları haqqında geniş məlumat verib. Sonra, o, təlim qaydaları ilə iştirakçıları tanış etmiş və iştirakçıların özlərini təqdim etmələri üçün onlara söz vermişdir. Təlimə qadın iş adamları da dəvət olunmuşlar. Tanışlıqdan sonra isə təlimin birinci hissəsi başlayıb.
Birinci hissənin sonunda təlimçi R. Hüseynova gənc qadınlara sosial sahibkarlığın sirrlərindən, gənc qadınların liderlik bacarıqlarından, Respublikamızda yüksək vəzifələrdə çalışan xanımlarımızın keçdikləri yoldan və öz təcrübələrindən geniş məlumat verib.
Təlimin ikinci hissəsi daha maraqlı keçib. Belə ki, çıxış edən gənc qadınlardan V.Bayramova, X.Məmmədova və başqaları da özlərinin fəaliyyət göstərdikləri sahələrdə rastlaşdıqları çətinliklərdən danışmış və təklif etmişlər ki, təlimin mövzusunun daha aktual olduğunu nəzərə alaraq növbəti təlimlər də bu mövzuda davam etdirilsin.
Təlimin ikinci günü də çox maraqlı hadisələrlə yadda qalıb. Sosial fəaliyyətlə məşğul olan bir neçə qonağın da təlimə təşrif buyurması təlimi daha maraqlı edib. Təlimçi R. Hüseynova “Gənc qadınlar sosial fəaliyyətlə necə məşğul olmalıdır” mövzusunda təlimə başladıqdan sonra sosial sahədə fəaliyyət göstərən qonaqları iştirakçılara təqdim etmiş və qonaqlardan xahiş etmişdir ki, gənclərə öz təcrübələrindən danışsınlar və sosial sahibkarlıq fəaliyyəti ilə bağlı iştirakçıları maraqlandıran suallara qonaqlar özləri cavab versinlər.