[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-64.jpg” ]
“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Zərərdən uzaq-idmana yaxın” maarifləndirmə aksiyaları layihəsinin icrasını həyata keçirmişdir.
Layihənin məqsədi qeyri-ənənəvi təhsil metodu, kütləvi idman və bədən tərbiyəsi vasitəsilə gəncləri zərərli vərdişlərdən çəkindirmək, saglam həyat tərzi ilə bağlı informasiya çatışmazlığının aradan qaldırılması və gənclərin maarifləndirilməsidir. Layihənin vəzifələri gənclərə layihənin əsas ideyasını asan metodlarlarla-idman oyunları və hərəkətləri vasitəsilə çatdırmaq, maarifləndirici aksiyaların keçirilməsi, gənclər arasında zərərli vərdişlərin fəsadları mövzusunda zəruri təbliğat və maarifləndirmə işinin aparılmasıdır.
Layihənin növbəti mərhələsində Bakı və Şamaxıda gənclərin iştirakı ilə maarifləndirmə aksiyaları-kütləvi bədən tərbiyəsi hərəkətləri, müxtəlif idman oyunları keçirilmiş, “Zərərdən uzaq, idmana yaxın” devizi altında marafon qaçışı təşkil olunmuşdur. 100 nəfər gənc marafon qaçışlarına cəlb olunmuşdur. “Biz sağlam həyat tərzini seçirik!” devizi altında 50 nəfər gənc cəlb edilməklə bədən tərbiyəsi hərəkətləri, oyunları icra olunmuşdur.
Həmçinin, layihə çərçivəsində buklet, cib təqvimi, rəngli yazılı köynək, şəhadətnamə iştirakçılara paylanmışdır. Qaliblər mükafatlandırılmışlar.
Qeyd edək ki, bununla da İctimai Birlik Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Sabirabad, Masallı, Şamaxı, Bakı ərazilərini əhatə edən “Zərərdən uzaq-idmana yaxın maarifləndirmə aksiyaları” layihəsini uğurla başa vurmuşdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12168″ id=”12168″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]