[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-46.jpg” ]
Layihənin əsas məqsədi gənclərin, xüsusilə xaricdə təhsil almış gənclərin təhsil, gənclik və gələcəklə bağlı mesajlarını cəmiyyətə çatdırmaqdır.
Layihə çərçivəsində ilk iş olaraq video-çarx hazırlanıb. Layihənin növbəti mərhələsi olaraq gənc müəllif yazılarından ibarət “Mesaj” adlı kitab çap olunacaq. Video-çarx və hazırlanmış kitabın Gəncə, Mingəçevir, Quba, Xaçmaz və Bakı şəhərində təqdimatları və gənclər arasında ictimai müzakirəsi təşkil olunacaq.
Layihənin rəhbəri Rövşən Nəcəfovdur.
Layihə “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində davam etdirilir.