[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-102.jpg” ]
9-12 dekabr 2013-cü il tarixlərində Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının (AMİ TGT) təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Yeni təhsil” tələbə-müəllim konfransı keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd tələbələr tərəfindən təhsildəki yenilikləri, yeni tədris metodları şəraitində müəllim-tələbə münasibətini dəyərləndirmək, mövcud problemləri ortaya çıxarmaq və onların həlli yollarını araşdırmaqdır.
AMİ TGT-nin 11 filialının sədr, sədr müavinləri və müəllimlərin iştirakı ilə keçirilən konfrans-düşərgədə 100 tələbə və müəllim iştirak edib. Müəllimlər İnstitutunun regionlarda yerləşən TGT-lərinin sədr və sədr müavinlərinin və müəllimlərin iştirakı ilə keçirilən konfransda iştirakçıların müzakirələri “TGT işi”, “Müəllim psixologiyası və gənclik”, “Müəllim və dəb” panelləri üzərində qurulub.
Nəzərinizə çatdırırıq ki, konfransın sonunda konfrans iştirakçıları sertifikatlarla mükafatlandırılıblar.