[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-62.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin növbəti təlimi həyata keçirildi.
Layihə çərçivəsində təlim 30 noyabr 2013-cü il, saat 10:00-da Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə keçirilib.
Təlimdə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin gənc müəllimləri iştirak edirdilər. Təlimin əvvəlində müəllimlərə layihə haqqında maarifləndirici bukletlər paylanılıb.
Layihə rəhbəri Sona Əliyeva tərəfindən təlimə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Ramil Süleymanov dəvət olunmuşdur. Təlimin əvvəlində layihə rəhbəri Azərbaycan Gənclər Fondu haqqında, “Gənc müəllimlərin internet resurslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin məqsəd və vəzifələri haqqında məlumat verib. Təlim zamanı müdavimlərə elektron tədris resurslarının təsnifatı, səmərəliliyi, mənfi və müsbət tərəfləri, əhəmiyyəti, məqsədləri haqqında məlumatlar, Azərbaycanın elektron kitabxanaları, elektron tədris resursları haqqında məlumatlarla yanaşı, WEB 2 texnologiyaları, onların tədris prosesində istifadəsi haqqında müəyyən bilgilər verilib. Bundan başqa, bu sahədəki beynəlxalq təcrübələr müzakirə olunaraq rus və ingilis dilində olan tədris saytları bilavasitə müəllimlərə nümayiş olunub. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü və bu sahədəki beynəlxalq təcrübə haqqında da geniş məlumatlar verilib. Həmçinin, gənc müəllimlərin istəyi nəzərə alınaraq elektron poçtun yaradılması, sosial şəbəkələrdə qeydiyyatdan keçmək və qrup yaratmaq, videoların və şəkillərin sosial şəbəkələrə yerləşdirilməsi, bloqların yaradılması, interaktiv testlərin hazırlanması, web səhifələrdən videoların, proqramların, müxtəlif faylların yüklənilməsi və s. əyani olaraq nümayiş etdirilib.
Təlimin sonunda müəllimləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12087″ id=”12087″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]